
“Aqrarkredit”in rəhbəri - barəsində vaxtilə xeyli yazıb-danışdığım Məmməd Musayev nəhayət ki, vəzifəsindən azad edildi. Qatır Məmməd Azərbaycanda Sovet hakimiyyətini görə bilmədiyi kimi “Bank Mamed” də etdiyi əməllərin tam ifşasını çətin ki, sağlığında görəcək. Ən azı ona görə ki, bu əməllərin sayı çoxdur. O, bank olmayan kredit təşkilatının rəhbəri olsa da, ləğəbi “Bank Mamed”dir. Çünki əslində bank sistemimizin əsl siması elə odur: savadsız, tamahkar və dərəbəyçi. Qurumunun adında “aqrar” sözü olsa da, onun kənd təsərrüfatına aidiyyəti azdır. Əmanətlərin Sığortalanması Fondu müflis bankların olan-qalan əmlakının başına daş saldığı kimi, “Aqrarkredit” mövcud bankların problemli kreditlərindən irəli gələn əmlakların başına daş salır: əvvəlcə, indiki “Kapital Bank” üzrə, sonra isə Beynəlxalq Bank üzrə. Dövlətin adından istifadə edərək misli görünməyən qanunsuzluqlar edildi, insanlar bədbəxt oldu. “Bank Mamed” dostu Elman Rüstəmovla (Elman müəllim nikahdankənar oğluna yəqin ki, təsadüfən özünü “Mamed” kimi təqdim etməmişdi: dostunu çox sevir) sanki mənfilik yarışmasına girmişdi və qalib oldu. İndi də tam məğlub deyil. Çünki onun işi yaşayır: bank sistemimiz hamıdan çox onun törəməsidir. Yerinə növbəti qlamurçik oğlan gəlsə belə, onun işini davam etdirməyəcəyi böyük sual altındadır. Məşhur banklardan biri də onundur. Bu bankın etdiyi özbaşınalıqlar haqda ayrıca yazacağam. Dəsti-xətt oxşardır. Hələ onu demirəm ki, o, həm də Sahibkarlar Konfederasiyasının Prezidentidir. Can verən sahibkarlığın belə də lideri olar da! Odur ki, “Bank Mamed” öldü, yaşasın “Bank Mamedik”!
Qeyd: Məqalə Əkrəm Həsənovun sosial media hesabından götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.