AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah bu qəsəbələrin qazı KƏSİLƏCƏK

  • + A
  • - A
  • 23-04-2025, 17:36

    Sabah bu qəsəbələrin qazı KƏSİLƏCƏK

    "Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 24.04.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

    "Azəriqaz"dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin bir hissəsinin - Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR