AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəqəmsal İnkişafla Məşğulluq Yarat"layihəsinə start verildi

  • + A
  • - A
  • 3-05-2025, 18:55

    Rəqəmsal İnkişafla Məşğulluq Yarat"layihəsinə start verildi


    "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2025 -ci il tarixindən “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin icrasına başlayır.
    Azadmedia.az xəbər verir ki, bu barədə QHT.az -a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək”Ictimai Birliyi rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə əlilliyi olan şəxslər üçun 3 aylıq kursları yaradılacaq və onlara bu kurslarda SMM öyrədiləcək. Layihəmizin əsas məqsədi: Əlilliyi olan gənclərin bilik və bacarıqlarını artıraraq onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, əmək bazarında tələb olunan rəqəmsal və media bacarıqlarına yiyələnmələrini təmin etmək və bununla da işsizlik səviyyəsini azaltmaqdır.Layihə 3 ay müddətində Sumqayıt şəhərində icra olunacaq deyə vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR