AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk dünyası tələbələri üçün müsabiqə elan olunur

  • + A
  • - A
  • 7-05-2025, 12:59

    Türk dünyası tələbələri üçün müsabiqə elan olunur

    “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda yazılan ən yaxşı 3 esse yazı mediada dərc olunacaq.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, o cümlədən Türkiyədə universitetlərdə təhsil alan türk dünyası tələbələri arasında “Bizim ailəmiz türk dünyasıdır” adlı esse yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

    Beləliklə, bu gündən müsabiqənin başlandığı elan edilir. CASCSEN-in Mətbuat xidmətindən verilən məlumata görə, müsabiqəyə təqdim edilən yazılar 450-500 sözdən ibarət olmalı, mövzunu əhatə etməlidir. Əsasən, tələbələrin türk dünyası ilə bağlı öz fikirlərinin, qənaətəlrinin ortaya qoyulması arzu olunandır və qaliblər də bu prinsip əsasında seçiləcək. Yazılar içərisində 3 ən yaxşısı qalib elan ediləcək. Qaliblərə plaket təqdim ediləcək, onlarla bağlı xəbər hazırlanacaq və həmin 3 yazı Azərbaycanın 2 aparıcı onlayn media orqanında dərc ediləcək.

    Məlumatda o da deyilir ki, müsabiqəyə yazılar 10 may-10 sentyabr 2025-ci il tarixləri arasında qəbul ediləcək. Yazılar İctimai Birliyin cascfen@gmail.com e-mail adresinə göndərilə bilər.
    Əlavə məlumat almaq üçün +994552639944 WhatsApp nömrəsi əlaqə saxlamaq, yaxud yazmaq olar.

    Bundan başqa müsabiqə yazıları Ankarada -Azaflı Sosyal Yardım ve Kültür Derneyi, həmçinin Uluslararası Diplomatik İlişkiler, Akademik Araştırmalar ve Eğitim Derneyi (UDİAD) , Eskişehirdə-Eskişehir Azərbaycanlılar Dərnəyi, Manisada - Manisa Azerbaycan Kültür ve Dayanışma Derneyi, İzmirdə-Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə ofisi və İzmir Azərbaycan Dərnəyinə də təqdim edilə bilər.
    Bu dərnəklərin əlaqə nömrələri barədə məlumat almaq üçün +994552639944 WhatsApp nömrəsi əlaqə saxlamaq lazımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR