ABŞ-də polis zabiti təyin olunan azərbaycanlı: "Bu uşaqlıq arzum idi"
ABŞ-də polis zabiti təyin olunan azərbaycanlı Zaur Cəlilov AzadMedia.az-ın suallaını cavalandirıb
- Zaur bəy, necə oldu ki, Amerikada polis olduz?
- Hesab edirəm ki, bu uşaqlıq arzumdan irəli gəlir. Hər zaman polis memuru olmaq arzusu ilə yaşamışam. Məhz bu arzum da məni Amerikada ən çətin təhsil müəssisəsi olan polis akademiyasına gətirib çıxardı. Bütün çətinliklərə baxmayaraq, mən bu akademiyanı fərqlənmə diplomu ilə bitirdim və medalla təltif olundum. Beləliklə, Amerikanın paytaxtı Vaşinqtonda xüsusi təyinatlı polis zabiti təyin olundum
- Neçə ildir ki, Amerikada yaşayırsız?
- 1985 ci ildə Sumqayıt şəhərində doğulmuşam və 1992 ildə Sumqayıt Şəhər 25 saylı orta məktəbə daxil olmuşam. 2003-cü ildə 5 saylı orta məktəbi bitirib 2004 cü ildə hərbi xidmətə yollanmışam. Hərbi xidmətimi bitirib 2006-cı ildən Amerikada yaşayıram. Uşaqlığımdan cüdo idman növü ilə məşğul olduğum üçün Amerikada da Azərbaycanımızı təmsil edib 3 dəfə Amerika çempionu olub bayrağımızı zirvələrə qaldırmışam. 4 il ardıcıl olaraq Amerikanın ən yaxşı cüdocusu kimi Amerika Cüdo Federasiyası tərəfindən sertifikatla təltif olunmuşam.