AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

25 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı yayılan xəbər təsdiqini tapmadı

  • + A
  • - A
  • 24-05-2025, 22:19

    25 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı yayılan xəbər təsdiqini tapmadı

    25 nömrəli körpələr evi-uşaq bağçası ilə bağlı yayılan xəbər təsdiqini tapmadı. Məlum oldu ki, 25 nömrəli körpələr evi-uşaq bağçasında boru xətləri mart ayının bayram günlərində təmir edilib.
    Məsələ ilə bağlı BŞTİ-nin məlumatını təqdim edirik:

    25 nömrəli körpələr evi-uşaq bağçasında kommunal problemlərə dair iddialarla bağlı araşdırma aparılıb. Uşaq bağçasının boru xətləri mart ayının bayram günlərində təmir edilib.

    Bağçanın pəncərələri ilə bağlı məsələ də BŞTİ tərəfindən nəzarətə götürülüb. Yaxın zamanda məsələnin həlli istiqamətində müvafiq işlər görüləcək.

    Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər uşaqların təlim-tərbiyə şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR