“Demokratiyanı Öyrənmə” İctimai Birliyi 23 may 2025-ci il tarixdə Ağdaş şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının hüquqlarının müdafiəsinə dəstək” layihəsi çərçivəsində müharibə iştirakçıları üçün məlumatlandırma sessiyası təşkil edib.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, DÖİB sədri Mirəli Hüseynov "Konstitusiya və Suverenlik İli"nə həsr olunan bu layihə çərçivəsində iştirakçılara təklif edilən xidmətlər haqqında məlumat vermiş, onlar bu xidmətlərdən faydalanmağa çağırmış və əməkdaşlığa dəvət etmişdir.
Hüquqi məlumatlılığın artırılması istiqamətində müvafiq mövzularda təqdimatlar edilmiş, müvafiq qanunvericik aktlarından çıxarışlar edilərək iştirakçılara təqdim edilmiş və onların sualları cavablandırılmışdır.
Tədbir iştirakçıları həmçinin hüquqi yardım xidməti haqqında da məlumatlandırılıblar. Layihə hüquqşünası hüquqi problemi olan iştirakçıları fərdi qaydada qəbul edərək onların problemi ilə tanış olmuş, məsləhətlər vermiş və hüquqi yardımın davam etdirilməsi üçün zəruri sənədləri götürmüşdür.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.