AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü münasibətilə tədbirlər keçirir

  • + A
  • - A
  • 26-05-2025, 13:53

    QHT Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü münasibətilə tədbirlər keçirir

    ICMEC Global (İtkin Düşmüş Uşaqlar üçün Beynəlxalq Mərkəz) və Beynəlxalq Uşaq Qaynar Xətti təşkilatı ilə birlikdə, hər il mayın 25-də dünya miqyasında qeyd olunan Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü münasibətilə tədbirlər həyata keçirilir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, bu barədə "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova məlumat verib. Onun sözlərinə görə, bu günün məqsədi itkin düşmüş uşaqların tapılması və ailələrinə qovuşması üçün görülən işləri işıqlandırmaq, uşaqları oğurluq və istismardan qorumaq üçün tədbirləri təbliğ etməkdir. Həmçinin, bu gün uşaqların təhlükəsizliyi və rifahı üçün məlumatlılığı artırmaq və bilikləri paylaşmaq məqsədi daşıyır.

    Azərbaycan Uşaq Qaynar Xətti 116111 nömrəsi ilə fəaliyyət göstərir və hər zaman yardım üçün yanınızdadır.

    İtkin düşmüş uşaqların unudulmaması və onların təhlükəsizliyinin təmin olunması üçün birgə səylər göstərmək vacibdir.

    Əlaqə üçün: 116111


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR