AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaxşılığın Səsi Susmur..

  • + A
  • - A
  • 9-06-2025, 01:34

    Yaxşılığın Səsi Susmur..


    Bakı, 9 iyun — Azadmedia.az

    Bəzən bir təbəssüm, bir kəlmə, bir əl toxunuşu… dünyanın bütün sükutunu pozmağa yetər. İnsan unuda bilər minlərlə hadisəni, amma bir xoşluğun, bir şəfqətin, bir mərhəmətin izi illərlə silinməz qəlbindən. Çünki yaxşılıq – görünməyən, amma hiss edilən ən saf enerjidir.

    Yaxşılıq elə bir toxumdur ki, torpağa atdığın gün deyil, qəlblərə düşdüyü gün cücərər. Bəzən sən etdiyini unudarsan, amma kimsə onu ömrü boyu xatırlayar. Bir çətin gündə uzadılan əl, bir səssiz ağlayışa cavab olan baxış – insanı insan edən budur.

    Heç kim heç kimə borclu deyil əslində… Amma yaxşılığı seçmək – borc deyil, vicdanın səsi, ruhun zərifliyi, qəlbin zənginliyidir. Çünki yaxşılıq edən insan, qarşısındakının həyatına deyil, öz insanlığına imza atır.

    Bəzən bir yaxşılıq illərlə cavabsız qala bilər, bəzən heç görünməz. Amma narahat olma – yaxşılıq, heç vaxt itmir. O, bumeranq kimi dövr edib bir gün, bir yerdə, bəlkə də gözləmədiyin anda sənə qayıdar. Çünki kainatın qanunu budur – ürəklə verilən heç nə zay getmir.

    Yaxşılıq etmək, təkcə qarşılıqsız vermək deyil. Bu, öz ruhunu gözəlləşdirməkdir. İçimizdəki ən gözəl insanı oyatmaqdır. Bu dünyada iz buraxmağın ən səmimi yoludur.

    Unutma:
    Yaxşılıq – sənin adın bilinmədən, Allahın adının duyulduğu ən gözəl səssizlikdir.
    Və bu səssizlikdə, bir gün hər şey danışacaq…

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR