AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar keçrildi - FOTOLAR

  • + A
  • - A
  • 13-06-2025, 18:42

    “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar keçrildi - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən icra olunan “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar Şirvan Dövlət Peşə Litseyində təşkil edilmişdir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, seminarda liseyin müəllimləri və tələbələri iştirak etmişlər. Seminarı ekspert Əli Mirzəyev aparmışdır. Tədbirdə təqdimat iştirakçıların diqqətinə çatdırıldı. Təqdimatda “ictimai nəzarət” anlayışı, ictimai nəzarətin qanunvericilik bazası, Azərbaycan Respublikası Prezidentinin ictimai nəzarətin vacibliyi barədə söylədiyi fikirlər, Qeyri Hökumət Təşkilatlarının bu sahədə rolu və s. barədə məlumatlar verildi.

    Müzakirələrdə İlahə Hacıyeva, Gülnar Əhmədova, Sevil Əliyeva, Mehti Əhmədov və başqaları ictimai nəzarətin cəmiyyətin inkişafında müsbət rolu barədə fikirlərlə tamamilə razı olduqlarını bildirdilər və praktiki misallarla mövqelərini nümayiş etdirdilər. İştirakçıların xeyli hissəsi Şirvan şəhərində sahibsiz itlərin çoxaldığını, onların uşaqlara və hətta böyüklərə hücum etdikləri barədə bütün instansiyalara məlumat verilməsinə baxmayaraq heç bir tədbir görülmədiyi barədə şikayət etdilər.

    Fotolar







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR