AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar Mədinə hava limanındadır

  • + A
  • - A
  • 14-06-2025, 11:51

    QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar Mədinə hava limanındadır

    Hazırda azərbaycanlı zəvvarlar Mədinə Beynəlxalq Hava Limanındadırlar.

    Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

    Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 11:00-12:00 radələrində azərbaycanlı hacılardan ibarət ilk qrup Vətənə yola düşəcək:

    "Reyslərdə heç bir dəyişiklik yoxdur. Azərbaycanlı zəvvarlar yerli vaxtla 17:00-18:00 radələrində Bakıya eniş edəcəklər. Mövcud vəziyyətlə əlaqədar heç bir dəyişiklik yoxdur. Hər şey qaydasındadır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR