AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıdan Təl-Əviv və Tehrana uçuşlar DAYANDIRILDI

  • + A
  • - A
  • 16-06-2025, 15:22

    Bakıdan Təl-Əviv və Tehrana uçuşlar DAYANDIRILDI

    Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin bir sıra reysi ləğv olunub.

    Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar AZAL-ın 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan aşağıdakı reyslər ləğv olunub:

    • Bakı – Dammam – Bakı (J2 8205/8206)

    • Bakı – Bəhreyn – Bakı (J2 505/506)

    • Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

    • Bakı – Lahor – Bakı (J2 145/146)

    Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

    • 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı

    • 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

    Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR