AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KİV: Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq

  • + A
  • - A
  • 30-06-2025, 19:40

    KİV: Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq

    ABŞ Prezidenti Donald Tramp gün ərzində Suriyaya qarşı Amerika sanksiyalarının yumşaldılması haqqında fərman imzalayacaq.

    Bu barədə Ağ Evdə akkreditə olunmuş CBS telekanalının müxbiri Cennifer Ceykobs “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    "Bu gün Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı fərman imzalayacaq", - paylaşımda bildirilir.

    Xatırladaq ki, mayın 4-də Tramp Ər-Riyadda Suriyanın müvəqqəti başçısı Əhməd əş-Şaraa ilə danışıqlar aparıb. Bu da 25 il ərzində bu iki ölkənin rəhbərlərinin ilk görüşü olub. Amerika lideri elan edib ki, Vaşinqton Hafiz Əsəd və onun oğlu Bəşər Əsədin hakimiyyəti dövründə Dəməşqə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvinə başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR