AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda məişət zorakılığına qarşı maarifləndirmə tədbiri keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 12-07-2025, 12:07

    Sumqayıtda məişət zorakılığına qarşı maarifləndirmə tədbiri keçirildi - FOTOLAR

    11 iyul 2025-cil il tarixində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” qrant layihəsi çərçivəsində ikinci tədbir Sumqayıtda yerləşən Gənclər Evində keçrildi.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbir 1 dəqiqəlik sükutla şəhidlərimizi yad etdikdən sonra Azərbaycan Respublikasının dövlət himnini səslənməsi ilə başladı.

    Tədbiri açıq elan edən “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Səidə Musayeva məişət zorakılığı, xüsusilə qadınlara və uşaqlara qarşı baş verən zorakılıq halları, cəmiyyətin sosial təhlükəsizliyinə və sağlam inkişafına ciddi maneə yaratması haqında ətraflı məlumat verərək bildirdi ki, layihə çərçivəsində ümumilikdə beş tədbirin keçirilməsi nəzərdə tutulur.

    Məişət zorakılığı mövzusu, şübhəsiz ki, yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün mühüm və həssas bir sosial məsələdir. Dövlətimizin bu mövzunu daim diqqət mərkəzində saxlaması isə həm yüksək humanist dəyərlərə sadiqliyinin, həm də insan hüquqlarına verdiyi önəmin bariz nümunəsidir.

    Bu fikirləri “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini və tədbirin aparıcısı Cəmalə Naxçıvani xüsusi vurğuladı. O, layihə çərçivəsində hazırlanan təqdimatı iştirakçılara çatdıraraq, zorakılıqla mübarizədə maarifləndirmənin əhəmiyyətini ön plana çəkdi.

    Tədbirin davamında çıxış edən layihənin eksperti, hüquqşünas-psixoloq Natiq Babayev məişət zorakılığına qarşı mübarizə yolları, hüquqi müdafiə mexanizmləri və psixoloji dəstək xidmətləri barədə geniş məlumat verdi. O, xüsusilə qadınların sosial həyatda fəal iştirakının, onların iqtisadi cəhətdən müstəqilliyinin və şəxsi inkişafının vacibliyini vurğuladı. Sonda iştirakçıların çoxsaylı suallarını cavablandıraraq mövzuya olan marağın böyük olduğunu bir daha göstərdi.Tədbir iştirakçıları və ekspert arasında maraqlı fikir mübadiləsi oldu.

    Tədbiri yekunlaşdıran Birliyin sədri və layihə rəhbəri Səidə Musayeva çıxışında qeyd etdi ki, məişət zorakılığına qarşı mübarizə sahəsində maarifləndirmə işləri davamlı olaraq genişləndirilməlidir. Onun sözlərinə görə, “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi bu istiqamətdə ardıcıl fəaliyyət göstərir, qadınların və uşaqların hüquqlarının qorunmasına, onların rifahının yaxşılaşdırılmasına, həmçinin cəmiyyətin psixoloji dayanıqlığının gücləndirilməsinə öz töhfəsini verir.

    Birliyin həyata keçirdiyi layihələr, yalnız zorakılıq hallarının qarşısının alınmasına deyil, eyni zamanda, təhlükəsiz və sağlam sosial mühitin qurulmasına, ictimai şüurun yüksəldilməsinə xidmət edir. Layihənin əsas məqsədi isə cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılması, qadınların rolunun gücləndirilməsi və hər kəs üçün daha ədalətli və təhlükəsiz bir həyatın təmin edilməsidir.

    Bizim bu təşəbbüsümüzə yüksək səviyyədə qiymət verib, qaliblər sırasında mükafatlandırdığına görə və layihəmizi dəstəklədiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinə, icraçı direktor Aygün xanım Əliyevaya və eləcə də Katibliyin bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.
    Tədbir zamanı birliyin üzvlərinin övladlarının əl işindən ibarət rəsm sərgisi keçirildi.

    Fotolar



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR