AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda ən çox alimenti BU ŞƏHƏRDƏ verirlər

  • + A
  • - A
  • 19-07-2025, 15:19

    Azərbaycanda ən çox alimenti BU ŞƏHƏRDƏ verirlər


    2025-ci ilin 6 ayının sonunda ümumilikdə Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan aliment işlərinin cəmi sayı 124.566 olub.

    Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Bakı şəhəri üzrə ən çox aliment qərarı Xətai rayon icra şöbəsində olmaqla, 6197 icra sənədi təşkil edir.

    Həmçinin qeyd edilib ki, respublika üzrə ən çox aliment qərarı Gəncə şəhəri üzrə icra idarəsinin icraatında olmaqla, 6398 icra sənədi təşkil edir.

    Ümumilikdə daxil olan aliment qərarlarının sayı 2020-ci ildə 18 288, 2021-ci ildə 20 619, 2022-ci ildə 17 621, 2023-cü ildə 20 993, 2024-cü ildə isə 23 327 olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR