AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pirşağıda ölüm tələsi: Qumu daşıyanlar insan həyatlarını da apardılar

  • + A
  • - A
  • Dünən, 12:29

    Pirşağıda ölüm tələsi: Qumu daşıyanlar insan həyatlarını da apardılar

    Qışın ortasında, Pirşağıda ictimai çimərlikdə görünməmiş bir hərəkata start verildi: xəbərdarlıq olmadan, izahat verilmədən dənizin qumu daşınmağa başladı. Ağır texnika ilə dənizin dibi qazıldı, qumlar götürüldü… və onlar sakitcə çıxıb getdilər. Amma arxada təkcə boz, yırtılmış bir sahil yox, həm də ölüm tələsi buraxdılar.

    İndi o sahildə hər gün bir insan həyatını itirir. Bu sözlər pafoslu deyil – faktlardır. Az əvvəl yaşlı bir kişi gözümüzün önündə dənizə girdi və geri dönmədi. Bu, nə ilk idi, nə də görünür ki, son olacaq. Ondan əvvəl bir gənc oğlan, daha əvvəl isə orta yaşlı bir kişi eyni şəkildə həyatını itirib.

    Bəs bu sahəyə cavabdeh olan qurum haradadır? Hara baxır Fövqəladə Hallar Nazirliyi? Haradadır Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Sabunçu RİH və digər müvafiq qurumlar niyə susur?

    Əgər bu qum daşınması kommersiya məqsədi daşıyırdısa, icazəni kim verdi və hansı əsasla? Bu işin arxasında hansı şirkət dayanır? Və ən əsası, niyə bu işin nəticəsi ölümlə bitir, amma heç kim məsuliyyət daşımır?

    Pirşağı çimərliyi bu gün sanki mina sahəsinə çevrilib. Bir neçə metr getməklə insan dərin suya düşür, dibi isə sürüşkən və qeyri-bərabərdir. Orada nə bir xəbərdarlıq lövhəsi var, nə də təhlükəsizlik tədbiri. Bu, sadəcə məsuliyyətsizlik deyil – bu, cinayətdir.

    İndi sual sadədir və təkdir: Bu ölümlərə görə kim cavab verəcək?
    Yoxsa, yenə də klassik sükut və unudulmuş bir çimərlik səhnəsi?
    Qeyd: Məqalə jurnalist Xəyalə Rəisin sosial mediada yazdığı status üzərindən hazırlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR