AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəçrəşdə kənd turizminin inkişafına dair maarifləndirici təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 14:02

    Qəçrəşdə kənd turizminin inkişafına dair maarifləndirici təlim keçirilib - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu rolu mövzusunda maarifəndirmə işinin təşkili” layihəsini həyata keçirir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində 24 iyul 2025-ci il tarixdə Quba rayonunun Qəçrəş kəndində “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilmişdir. Təlimi giriş sözü ilə layihə rəhbəri Fərrux Əsgərov layihə haqqınd geniş məlumat verdi. Təlimdə Qəçrəş İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, kənd turizmi ilə məşğul olan yerli sakinlər və sahibkarlar, bələdiyyə nümayəndələri iştirak etmişlər.

    Layihə təlimçisi dayanıqlı inkişaf və Azərbaycan hökumətinin siyasəti, kənd turizminin sosial-iqtisadi təsirləri, bu sahənin inkişafı üçün Azərbaycanda həyata keçirilən tədbirlər, həmçinin problem və çağırışlar barədə təqdimat etdi. Təqdimatdan sonra mövzu ətrafında müzakirələr aparıldı. Bildirildi ki, hələ sovet dövründən Qəçrəş kənd sakinlərinin kənd turizmi sahəsində böyük təcrübəsi var. Hazırda isə bu sahə sürətlə inkişaf etməkdədir. Kənd əhalisinin böyük əksəriyyəti öz evlərini yerli və xarici turistələrə kirayə verməklə gəlir əldə edirlər və bu onların məşğulluğunda mühüm rol oynayır. Iştirakçılar onu da qeyd etdilər ki, burada turizm fəaliyyətləri il boyu davam edir, yəni qış turizmi də inkişaf edir.

    Iştirakçıların dediyinə görə, qonaqların böyük əksəriyyəti yerli turistlərdir, bununla belə müxtəlif ərəb ölkələrindən gələn turistlər də kənddə dincəlirlər. Yerli sakinlər turistlərlə yaxşı münasibətlər yarada biliblər, belə ki, onların münasibəti çox zaman davamlı olur. Sakinlər turistlərə daha geniş xidmət çeşidi təqdim etməyə çalışırlar, onlar yalnız evlərini kirayə verməklə kifayətlənmir, həmçinin milli yemək nümunələri təklif edir, bələdçilik xidməti göstərir, qonaqların regiona gəzintisini təşkil edirlər.

    Iştirakçılar həmçinin bir sıra problemlərə də toxundular. Onların dediyinə görə turizmin inkişafı üçün kəndin yaxşı infrastrukturu var. Amma sahibkar Fazil Salahov bildirdi ki, yeganə problem kənddə su çatışmazlığıdır. Kəndə su xətti çəkmək üçün mənbə var, amma dövlət tərəfindən bu məsələnin həlli üçün malıyyə vəsaiti ayrılmalıdır.

    Qəçrəş bələdiyyəsinin sədri Faiq Mirzəliyev ətraf mühitin qorunması məsələsinə toxundu. O bildirdi ki, sakinlər kənd təbiətinin qorunmasında və təmizliyində çox maraqlıdırlar. Amma, bəzən turistlərin davranışı ətraf mühitin çirklənməsinə səbəb olur. Kənd ərazisinin tullantılardan təmizlənməsi bələdiyyə tərəfindən idarə olunur və əhali də bu işə çox fəal dəstək verir.

    Iştirakçılar qeyd etdilər ki, kəndə turist axını çoxdur, buna görə yeni qonaq evlərinin tikintisinə ehtiyac var və bunun üçün onların imkan da var. Amma həyətyanı torpaq salələrinin ölçüsünün kiçik olması və pay torpaqlarının kənd təsərrüfatı təyinatlı olması səbəbindən bunu edə bilmirlər.

    Təlim iştirakçılar tərəfindən yüksək qiymətləndirildi, bu cür təlimlərin davamlı olması məqsədə uyğun hesab edildi.

    Fotolar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR