AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib

  • + A
  • - A
  • Dünən, 14:54

    “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib

    23 iyul 2025-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib. Elmi Şura muzeyin elmi-ekspozisiya, tədqiqat, bərpa və metodiki fəaliyyətinin sistemli təşkili, elmi yanaşmaların tətbiqi və idarəetmədə keyfiyyətin artırılması məqsədilə yaradılıb.
    İclasda “İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə Heyətini sədri Rüfət Mahmud çıxış edərək Elmi Şuranın yaradılmasının tarixi və mədəni irsin qorunması baxımından mühüm addım olduğunu bildirib. O, İçərişəhərdə tarixi abidələrin muzeyləşdirilməsi, “Ağıllı Qoruq” layihəsi, rəqəmsal monitorinq sistemləri, təbii və mədəni irsin qorunması istiqamətində həyata keçirilən qlobal vəzifələr haqqında məlumat verib. Qeyd olunub ki, elmi fəaliyyət yalnız akademik deyil, eyni zamanda turizm və ictimai maarifləndirmə baxımından da əhəmiyyət daşıyır.
    İclasda AMEA-nın və ölkənin aparıcı elmi və muzey qurumlarının nümayəndələri – AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Azadə Hüseynova çıxış ediblər.
    Tədbir çərçivəsində Elmi Şuranın gələcək fəaliyyət istiqamətləri, ekspozisiyaların elmi əsaslarla təşkili, nəşrlər və tədqiqat layihələri müzakirə olunub.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR