AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqlim dəyişmələrinin aqrar sahəyə təsiri mövzusunda maarifləndirici təlim keçirildi - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 12:29

    İqlim dəyişmələrinin aqrar sahəyə təsiri mövzusunda maarifləndirici təlim keçirildi - FOTOLAR
    “Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 24 iyul 2025-ci il tarixində Xaçmaz rayonun Ləcət kəndində “İqlim dəyişmələrinin aqrar sahəyə təsirinə dair maarifləndirmə”si mövzusunda təlim keçirmişdir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, təlimdə 24 nəfər kənd sakini iştirak etmişdir. Layihə rəhbəri Famil Baxışov təlimi açıq elan etmiş və torpaqlarımızın bütövlüyü canından keçmiş şəhidlərimizin xatirinə 1 dəqiqəlik sükutla yad etmiş və ərazidə 7 nəfər müharibə iştirakçısı olduğunu qeyd etmişdir.

    Təlimçi Fayiq Şeydayev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi ekoloji problemin həlli, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin aqrar sahəyə təsirinə və ekoloji tarazlığın mühafizə edilməsinə, torpaqların, suyun, meşələrin və digər sahələrin qorunmasından danışdı. Son illər iqlim şəraitinin pozulması sayəsində aqrar sahədə də sahibkarlar problemlərlə üzləşir. Əvvəllər xəstəliklər və ziyanvericilərə qarşı 2 və 3 dəfə mübarizə tədbirləri aparılırdısa indi isə 20-25 dəfə aparılır.

    Heyvandarlığın inkişaf etdirilməsində nöqsanlar çoxdur. Gündəlik olaraq ət məhsulunun istehsalı azalır və xəstəliklər çoxalır. Cənab Prezident İlham Əliyev tərəfindən bugün ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə daha çox diqqət yetirilir. Milli parkların salınması və aqro parkların yaradılması bunun bariz nümunəsidir. Təbii ehtiyatların qorunması üçün bundan sonrada dövlət proqramları işlənib həyata keçiriləcəkdir.

    Təlimin sonunda iştirakçıları maraqlandıran suallara cavablar verildi. İştirakçı Tahirmirzə Cəfərov, Xanlar Qəribov, Gülbala Əliyev və Şöhrət Məhəmmədəliyev belə təlimlərin tez-tez keçirilməsini təklif etdilər.

    Fotolar




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR