Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiya” İctimai Birliyi tərəfindən “Əlilliyi olan uşaq və gənclər üçün idman yarışları” layihəsi üzrə parataekvondo üzrə yoldaşlıq yarışını keçrildi.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, yarış umumu Respublika üzrə parataekvondo idmanı ilə məşğul olan uşaq və gənclər arasında keçirilirdi. Yarışda iştrak edən komandalar Parasport, Alpman, Azəri, Qafqaz, Xəmsə, 1-saylı Gəncə UGİŞM taekvondo klubları idi. Yarış Nərimanov rayon İdman klubunda keçirildi. Layihə və təşkilat rəhbəri Aynur Məmmədova bildirdi ki, layihənin məqsədi əlilliyi olan uşaq və gəncləri idmana cəlb etmək, onları paralimpiya oyunları hərakatına qoşulmasında dəstək olmaq, gələcəkdə Beynəlxalq arenalarda bayrağımızı yuksətlmələrinə nail olmaqdır.
Belə yarışlar uşaqlara böyük motivasiya verir, onlarda özunə inam, əzimkarlıq hissini artırır. Döyüşdə qalib gələmək üçün güclü rəqabət hissi yaradır. bu cür layihələrin tez tez olması idmançılarda yarış təcrübələrini artırır. Həycanı azaldır, məsulliyyətli olmağı öyrədir.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.