AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Kiprdə II Avrasiya İnterdisiplinar Onkoloji Konqresi keçirildi – Elmi əməkdaşlıq və tibbi innovasiyalar müzakirə olundu

  • + A
  • - A
  • 6-10-2025, 10:10

    Şimali Kiprdə II Avrasiya İnterdisiplinar Onkoloji Konqresi keçirildi – Elmi əməkdaşlıq və tibbi innovasiyalar müzakirə olundu



    Bakı, 6 oktyabr — Azadmedia.az

    Şimali Kiprdə II Avrasiya İnterdisiplinar Onkoloji Konqresi keçirildi – Elmi əməkdaşlıq və tibbi innovasiyalar müzakirə olundu

    Azadmedia.az - a daxil olan məlumata görə, 1–5 oktyabr 2025-ci il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində, Luxury Resort Hoteldə II Avrasiya İnterdisiplinar Onkoloji Konqresi keçirilib.

    Konqresdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olmaqla, ümumilikdə 800-ə yaxın tanınmış onkoloq, cərrah, alim və tədqiqatçı iştirak edib. Tədbir Avrasya İnterdisipliner Onkoloji Derneği və KKTC Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub.


    Açılış mərasimi – Akademik Cəmil Əliyevdən təbrik və simvolik hədiyyələr

    Konqresin açılış mərasimində Azərbaycan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin konqres iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda elmi əməkdaşlığın, regional tibbi inteqrasiyanın və xərçəng xəstəliklərinə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.

    Eyni zamanda Azərbaycan nümayəndə heyəti tərəfindən konqres təşkilatçılarına xüsusi simvolik hədiyyələr təqdim olunub.


    Elmi proqram – ən yeni müalicə üsulları və innovativ yanaşmalar

    Beş gün davam edən konqresin elmi proqramı olduqca zəngin olub. Müzakirələr əsasən onkologiyanın multidisiplinar istiqamətlərini əhatə edib.

    Proqram çərçivəsində aşağıdakı elmi sessiyalar və kurslar böyük maraq doğurub:
    • “Biyobenzer Moleküller Kursu” – yeni nəsil dərmanların klinik praktikada tətbiqi, təhlükəsizliyi və iqtisadi üstünlükləri barədə təqdimatlar;
    • “Testis Kanseri Vaka Tartışmaları” – klinik təcrübələr və müalicə strategiyalarının analizi;
    • “Akciğer Kanseri Güncellemeleri” – ağciyər xərçəngi üzrə fərdiləşdirilmiş terapiya və molekulyar hədəflər;
    • “Onkolojide Yapay Zeka ve Veri Analizi” – süni intellektin diaqnostika və müalicə planlamasında rolu.

    Konqresdə Türkiyənin onkologiya sahəsində tanınmış professorları Bülent Karabulut, İlhan Hacıbəkiroğlu, Prof.Dr Murat Dinçer ve Avrasya Onkoloji Derneği Başkanı Doç.Dr Hilmi Kodaz
    və digər mütəxəssislər məruzələrlə çıxış ediblər.



    Azərbaycan elmi uğuru – akademik Cəmil Əliyev və Elçin Mansurov birinciliyə layiq görüldü


    Azərbaycan nümayəndə heyəti konqresdə 14 elmi poster və tezislə təmsil olunub. Bu işlər arasında akademik Cəmil Əliyev və Elçin Mansurovun həmmüəllifi olduqları tədqiqat beynəlxalq elmi komissiya tərəfindən birinciliyə layiq görülərək xüsusi mükafatla təltif edilib.

    Tədqiqatda “onkoloji xəstələrdə molekulyar markerlərin klinik önəmi və fərdi terapiya istiqamətləri” mövzusu tədqiq olunmuş və bu istiqamətdə Azərbaycan alimlərinin innovativ yanaşmaları yüksək qiymətləndirilib.

    Azərbaycan nümayəndələri Əlaqələndirmə Şurasında

    Konqresin qapalı oturumunda müxtəlif ölkələrdən seçilmiş nümayəndələr arasında keçirilən seçki nəticəsində Azərbaycan tərəfdən Dr. Asif Abasov və Dr. Günel Musayeva Əlaqələndirmə Şurasının üzvü seçiliblər.

    Dr. Asif Abasov çıxışında qeyd edib ki,
    “Azərbaycan onkologiya sahəsində son illər böyük elmi və texnoloji sıçrayışlar edib. Bizim məqsədimiz bu bilik və təcrübəni beynəlxalq mühitdə paylaşmaq, Avrasiya ölkələri ilə birgə innovativ müalicə metodlarını inkişaf etdirməkdir. Əlaqələndirmə Şurasına üzv seçilmək mənim üçün böyük məsuliyyət və eyni zamanda fəxrdir. Bu platformada Azərbaycan elmini layiqincə təmsil edəcəyəm.”

    Dr. Günel Musayeva çıxış edərək bildirib ki,
    “Bu konqres təkcə elmi müzakirə meydanı deyil, həm də dostluq və əməkdaşlıq körpüsüdür. Biz bu əməkdaşlıq vasitəsilə regionda xərçəng xəstəliklərinə qarşı ortaq elmi strategiyalar formalaşdırmaq niyyətindəyik. Şura üzvü kimi əsas məqsədim – Azərbaycanın tədqiqat potensialını beynəlxalq arenada daha geniş tanıtmaq və qadın onkoloqların elmi fəaliyyətini dəstəkləməkdir.”


    Konqresin bağlanış mərasimi xüsusi coşqu ilə yadda qalıb. Türkiyə tərəfdən həmsədrlər Prof. Dr. Bülent Karabulut və Prof. Dr. İlhan Hacıbəkiroğlu, Azərbaycan tərəfindən Dr. Asif Abasov və Dr. Günel Musayeva, Özbəkistanı isə Prof. Dr. Xurşid Camşiddinoviç təmsil edərək yekun çıxışlar ediblər.

    Çıxış edənlər bu kimi beynəlxalq elmi tədbirlərin Avrasiya məkanında tibbi birliyin və elmi mübadilənin daha da güclənməsinə xidmət etdiyini vurğulayıblar. Onların ortaq mesajı belə səslənib:

    “Elm və əməkdaşlıq sərhəd tanımır. Onkologiya sahəsində ortaq bilik platformaları yaratmaq region xalqlarının sağlam gələcəyinə yatırılan ən dəyərli sərmayədir.”

    Konqresin elmi və diplomatik önəmini artıran məqamlardan biri də, Türk dünyasından müxtəlif sahələrin tanınmış simalarının və sivil toplum rəhbərlərinin tədbirdə iştirakı olub.
    Konqresin qonaqları arasında TÜRKSİT başqanı Kemal Kurnaz, eləcə də EkoAvrasya başqanı Hikmet Eren də yer alıblar.
    Bu iştirak konqresin yalnız tibbi yönümlü deyil, həm də mədəni və inteqrativ xarakter daşıyan regional əməkdaşlıq tədbiri olduğunu bir daha təsdiqləyib.


    Tədbirin sonunda Türkiyənin sevilən müğənnisi Melek Mossonun konsert proqramı konqresə emosional və rəngarəng bir sonluq bəxş edib.


    Qeyd: II Avrasiya İnterdisiplinar Onkoloji Konqresi göstərdi ki, Azərbaycan onkoloqları regionun elmi mühitində artıq aktiv və bərabərhüquqlu tərəfdaş kimi çıxış edir. Bu konqres təkcə elmi biliklərin paylaşımını deyil, həm də Avrasiya onkoloji əməkdaşlıq modelinin gələcək inkişafına istiqamət verən mühüm addım kimi dəyərləndirilir.

    Jurnalist Ülkər Piriyeva













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR