AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM

  • + A
  • - A
  • Bu gün, 16:44

    Bakıda doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM

    Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq.

    Prezident İlham Əliyev bununla bağlı "Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı"da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, ölkənin yeddi şəhəri üzrə quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb. Həmin artım sırf Bakıdakı doqquzmərtəbəli binalara aiddir. Belə ki, paytaxt üzrə bundan əvvəlki siyahıdakı 141 liftin sayı 148-ə çatdırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR