Şamaxı-Pirqulu-Dəmirçi yolunda təmizlik işləri görülür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi əfindən bəzi ərazilərdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təmir və bərpa işləri aparılır. Xüsusilə adıçəkilən magistral avtomobil yolunda yolun çiyin hissəsində olan çınqıl asfalt beton örtüyünə tökülüb. Görülən tədbirlər nəticəsində yolun həmin hissəsi bərpa olunub.
Mövcud şərait sürücülərin və sərnişinlərin təhlükəsiz şəkildə hərəkət etməsinə imkan verir. Hazırda yol istismarı və texniki baxış işlərinin plan üzrə davam etdirildiyi bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.