AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DOSTUN DÜŞMƏN, DÜŞMƏNİN DOST OLDUĞU DÜNYA: SİYASƏTİN ƏSL ÜZÜ

  • + A
  • - A
  • Bu gün, 12:45

    DOSTUN DÜŞMƏN, DÜŞMƏNİN DOST OLDUĞU DÜNYA: SİYASƏTİN ƏSL ÜZÜ


    Gültəkin Məmmədova
    Müəllif

    Dünya siyasəti çoxlu durğu işarələri tələb edir. Bəzən bir vergül müharibə ilə sülhün, bir nöqtə isə dostluqla düşmənçiliyin sərhədini müəyyən edir.

    Bu gün dünya siyasətini izləmək üçün təkcə xəbərləri oxumaq kifayət etmir. Bir az tarix, bir az diplomatiya, bir az da siyasi yaddaş lazımdır. Çünki beynəlxalq münasibətlərdə deyilənlərlə edilənlər arasında bəzən böyük bir uçurum var.
    Kim kimdir? Kim haqlıdır, kim yanılır? Kim kimin dostudur, kim kimin düşməni?
    Ən maraqlısı isə budur: Dünən bir-birini düşmən elan edənlər bu gün danışıqlar masasında əyləşir, illərlə müttəfiq olanlar isə bir məsələdə belə ortaq mövqe tapa bilmirlər.
    Görünür, beynəlxalq siyasətdə dostluğun da, düşmənçiliyin də öz istifadə müddəti var.
    Siyasətdə əbədi dostluqdan yox, əbədi maraqlardan danışırlar.
    Düşmənlə danışmaq xəyanətdirmi?
    ABŞ və İran münasibətlərinə baxaq. İllərdir qarşılıqlı ittihamlar, sanksiyalar və təhlükəsizlik qarşıdurmaları ilə yadda qalan iki ölkə yenə də diplomatik dialoq yolları axtarır.
    Bir tərəfdən sərt bəyanatlar, digər tərəfdən danışıqlar cəhdləri. Bu mənzərədə Qətər kimi vasitəçi ölkələrin rolu da diqqət çəkir.
    Bəs bu nə deməkdir? Dünən düşmən hesab etdiyin tərəflə bu gün danışmaq mövqedən geri çəkilməkdir, yoxsa dövlət maraqlarını qorumağın başqa yoludur?
    Bəzən diplomatiya düşmənə inanmaq deyil, onunla danışmaq məcburiyyətidir. Çünki müharibəyə başlamaq qərarını bir nəfər verə bilər, amma onun nəticələrini milyonlarla insan yaşayır.
    Siyasətçilər sərhədləri xəritədə dəyişə bilərlər, amma müharibənin ağrısını insanların həyatından silmək o qədər də asan deyil.
    Müttəfiq olmaq eyni düşünmək demək deyil


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR