AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin işçiləri Qaleybuğurt–Sis–Qaladərəsi kəndlərində təmizləmə işləri aparır.

  • + A
  • - A
  • 8-04-2026, 16:48

    19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin  işçiləri Qaleybuğurt–Sis–Qaladərəsi kəndlərində təmizləmə işləri aparır.

    Qaleybuğurt–Sis–Qaladərəsi kəndlərinə gedən avtomobil yolunun çaydan keçən hissəsində təmizləmə işləri aparılır.

    Yolda toplanmış lil, çöküntü və digər maneələrin aradan qaldırılması məqsədilə əraziyə texnika və canlı qüvvə cəlb olunub. Təmizləmə işləri 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

    Məlumata görə, çayda su səviyyəsinin artması və yağıntılar nəticəsində yolun bəzi hissələrində hərəkət çətinləşmişdi. Hazırda xüsusi texnikanın köməyi ilə yol yatağı təmizlənir və bərpa işləri görülür.

    Görülən tədbirlər nəticəsində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin qısa müddətdə tam təmin olunması planlaşdırılır. İşlər müvafiq qurumların nəzarəti altında davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR