AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anar Əsədli vəkillərindən imtina etdi

  • + A
  • - A
  • 10-04-2026, 20:00

    Anar Əsədli vəkillərindən imtina etdi

    Hazırda həbsdə olan Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli vəkillərindən imtina edib.

    Bu barədə onun feysbuk səhifəsində paylaşım edilib. A.Əsədlinin vəkilləri Zibeydə Sadıqova və Hikmət Əliyevin xidmətindən imtina etməsinin səbəbi açıqlanmayıb.

    “Yeni vəkillə müqavilə bağlandıqdan sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə qeyd edilib.

    Qeyd edək ki, Anar Əsədli barəsində 4 il əvvəl külli miqdarda dələduzluq maddəsi ilə başlanmış cinayət işi ötən ilin payızında Baş Prokurorluq tərəfindən yenilənib. İş baxılması üçün məhkəməyə göndərilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR