AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Beynəlxalq Sertifikatlı Rəqəmsal Müəllim” layihəsi uğurla yekunlaşdı

  • + A
  • - A
  • Bu gün, 07:47

    "Beynəlxalq Sertifikatlı Rəqəmsal Müəllim” layihəsi uğurla yekunlaşdı

    30 nəfər müəllim beynəlxalq sertifikat əldə etdi

    Apreiln 25-də Bakı şəhər Nərimanov rayonu 36 nömrəli tam orta məktəbinin müəllimi Aytən Bağıyevanın Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Beynəlxalq Sertifikatlı Rəqəmsal Müəllim” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib. Tədbir layihənin icra nəticələrinin təqdimatı, iştirakçıların təltif olunması və əldə edilən nəticələrin ictimaiyyətə çatdırılması məqsədi daşıyıb.

    Bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış hissəsində rəqəmsal transformasiya şəraitində müəllimlərin kompetensiyalarının inkişaf etdirilməsinin müasir təhsil sistemində əsas prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Layihə rəhbəri Aytən Bağıyeva çıxışında bildirib ki, təşəbbüsün əsas məqsədi müəllimlərin rəqəmsal savadlılıq səviyyəsini artırmaq, onların texnologiyadan səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək və məktəbdə müasir tədris mühitinin formalaşdırılmasına dəstək vermək olub. Layihə çərçivəsində iştirakçılar ICDL (International Computer Driving Licence) modulları üzrə sistemli təlimlərə cəlb olunaraq nəzəri biliklərlə yanaşı praktik bacarıqlar əldə ediblər.

    Təlim prosesinin yekunu olaraq 30 nəfər müəllim beynəlxalq sertifikasiya imtahanında iştirak edib və uğurla nəticə əldə edərək ICDL sertifikatlarına layiq görülüb. Bu nəticə layihənin qarşıya qoyulan məqsədlərinə tam şəkildə nail olunduğunu göstərir və müəllimlərin rəqəmsal kompetensiyalarında real inkişafın təmin edildiyini təsdiqləyir. Layihənin təlimçisi Aygün Cəfərova və eksperti Elnurə Kazımova tərəfindən təqdim olunan hesabat xarakterli çıxışlarda layihənin icra mərhələləri, əldə edilən nəticələr və müəllimlərin inkişaf göstəriciləri ətraflı şəkildə təqdim olunub. Qeyd edilib ki, proqram çərçivəsində formalaşan bacarıqlar müəllimlərin gündəlik pedaqoji fəaliyyətinə birbaşa inteqrasiya edilə biləcək praktik yanaşmalar əsasında qurulub.

    Tədbirdə Milli Məclisin deputatı Günay Ağamalı, Elm və Təhsil Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru vəzifəsini icra edən Böyükağa Mikayıllı, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Elnarə Ələsgərova, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Almaz Həsrət, Nərimanov rayonu 36 nömrəli tam orta məktəbin direktoru, Gülnarə Cəfərova, Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova və digər qonaqlar çıxış edərək layihənin nəticələrini yüksək qiymətləndirib və bu kimi təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Tədbirin əsas hissəsində layihə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub, müəllimlərin layihə ilə bağlı təəssüratları dinlənilib və şagirdlərin ifasında musiqi proqramı təqdim edilib. Sonda bütün iştirakçıların iştirakı ilə xatirə fotosu çəkilərək tədbir yekunlaşıb.

    Layihə çərçivəsində əldə edilən nəticələr məktəbdə rəqəmsal tədris mühitinin inkişafına, müəllimlərin innovativ yanaşmalara adaptasiyasına və təhsil keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək praktik baza formalaşdırır. Növbəti mərhələdə bu bacarıqların tədris prosesinə inteqrasiyası prioritet istiqamət kimi müəyyən olunur.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR