Bakı, 27 aprel - Azadmedia.az
Şabran Rayon Polis Şöbəsi Şahnəzərli kənd tam orta məktəbində şagirdlərlə profilaktik görüş təşkil edib.
Belə ki, tədbir çərçivəsində yeniyetmələrlə zərərli vərdişlərin fəsadları, xüsusilə narkomaniyanın yaratdığı risklər və erkən nikahın gələcək həyatlarına mənfi təsirləri barədə açıq müzakirələr aparılıb. Şagirdlərə düzgün seçim etməyin və məsuliyyətli davranışın əhəmiyyəti çatdırılıb.
Görüşün gedişində RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd İbrahimov çıxış edərək vurğulayıb ki, gənclər öz gələcəklərini qorumaq üçün zərərli təsirlərdən uzaq durmalı, bilik və inkişaf yolunu seçməlidirlər.
Həmçinin tədbirdə Polis Akademiyası barədə məlumat verilib, təhsil müəssisəsinə qəbul olmaq istəyənlər üçün mövcud imkanlar diqqətə çatdırılıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.