AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçayda Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi anılıb

  • + A
  • - A
  • Bu gün, 20:44

    Göyçayda Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi anılıb

    Göyçay Rayon Mərkəzi Xəstəxanasında akademik, görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə xəstəxananın direktoru Zahir Əliyev, struktur bölmə rəhbərləri və tibb müəssisəsinin kollektivi iştirak edib.

    Z.Əliyev Zərifə xanımın Azərbaycan səhiyyəsinin inkişafına verdiyi əvəzsiz töhfələrdən danışıb.

    Daha sonra həkim-oftalmoloq Sevinc Abdullayeva və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Tünzalə Məmmədova tərəfindən Zərifə Əliyevanın həyat və elmi fəaliyyətinə həsr olunmuş geniş məruzələr təqdim olunub.

    Tədbirdə, həmçinin böyük alimin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR