AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu dəfə Lənkəran və Neftçala qızları eko səfirlər kimi çıxış ediblər

  • + A
  • - A
  • Bu gün, 21:48

    Bu dəfə Lənkəran və Neftçala qızları eko səfirlər kimi çıxış ediblər

    “Bir Ağac – Bir Məsuliyyət”, “Təmiz Su – Sağlam Gələcək”, “Şəhərimizi tanıyaq”, “Eko Klub”, “Fermerdən Şəhərə: Yaşıl Bazar”, “Səssiz Dostların Səsi”, “Sağlam Həyat, Sağlam Qida” , “Gənclər danışır: Eko Media”…

    Resource HUB tərəfindən həyata keçirilən “Eko Səfir Qızlar” proqramının yekun təqdimat mərasimi Bakıda baş tutub. Tədbirdə Lənkəran və Neftçala rayonlarından olan gənc qızlar proqram çərçivəsində hazırladıqları toxum layihələri təqdim edərək ekologiya, icma inkişafı və gənclərin fəal iştirakı istiqamətində gördükləri işləri nümayiş etdiriblər.

    Çıxış edən Resource HUB təşkilatının rəhbəri Gülnarə İsmayılovanın sözlərinə görə, paytaxtdan kənarda bölgələrdə qızlarımızın inkişafı, sosiallaşması və liderlik bacarıqlarının inkişafı, yerli icmaların məsuliyyətinin artırılması baxımından “Eko Səfir Qızlar” proqramı gərəklidir. “Mövzu baxımdan isə iqlim dəyişiklikləri, təbii resursların azalması və ekosistemlərin qorunması kimi çağırışlar həm qlobal, həm də yerli səviyyədə aktualdır. Eyni zamanda, Azərbaycanın 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi və Bakının Dünya Şəhər Forumuna (World Urban Forum -WUF 13) ev sahibliyi etməsi fonunda gənclərin bu kimi təşəbbüslərlə prosesə qoşulması əhəmiyyətlidir”- deyə, G. İsmayılova vurğulayıb. Təşkilat rəhbəri hər zaman maraqlı təşəbbüslərə açıq olduqlarını, bir çox layihənin davamlılığını qoruduqlarını da xatırladıb.

    Təqdimat zamanı Eko Səfir qızlar proqramının ideya müəllifi və rəhbəri Fidan Dərgahlı bildirib ki, “Eko Səfir Qızlar” proqramı indiyədək Azərbaycanın yeddi bölgəsində - Quba, Qusar, Bərdə, Mingəçevir, Ağdam, Qəbələ və İsmayıllıda icra olunub, builki mərhələdə isə Lənkəran və Neftçala iştirakçıları proqrama qoşulublar.

    Tədbirdə vurğulanıb ki, proqramın əsas mövzusu ekologiya olsa da, onun təsiri yalnız ətraf mühitlə məhdudlaşmır. İştirakçılar ağacəkmə, su ehtiyatlarının qorunması, yerli məhsulların təşviqi, sağlam qidalanma, sahibsiz heyvanlara qayğı, şəhər irsinin tanıdılması və ekoloji media təşəbbüsləri kimi müxtəlif istiqamətlərdə layihələr hazırlayıb və təqdim ediblər. Proqram çərçivəsində səhnədə “Bir Ağac – Bir Məsuliyyət”, “Təmiz Su – Sağlam Gələcək”, “Şəhərimizi tanıyaq”, “Eko Klub”, “Fermerdən Şəhərə: Yaşıl Bazar”, “Səssiz Dostların Səsi”, “Sağlam Həyat, Sağlam Qida” və “Gənclər danışır: Eko Media” kimi təşəbbüslər yer alıb.

    Tədbirin sonunda proqram iştirakçılarına sertifikatlar və Yelo Bank tərəfindən kiçik hədiyyələr təqdim olunub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR