AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələr təltif olunub

  • + A
  • - A
  • Bu gün, 14:59

    Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələr təltif olunub


    Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin dördüncü kursunda Azərbaycan dilini öyrənən və yüksək nəticələr göstərmiş tələbələrin mükafatlandırılması münasibətilə tədbir təşkil olunub.

    Tədbirdə açılış nitqi ilə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir və Azərbaycan xalqları arasında əlaqələrin tarixən yüksək səviyyədə olduğunu, bu münasibətlərin bu gün də uğurla davam edərək gündən-günə inkişaf etdiyini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan dilinin dünyada yayılmasına böyük önəm verdiyini qeyd edib.

    Sonra çıxış edən Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Fərhad Məmmədov bildirib ki, Misirdə Azərbaycan dilinə marağın yüksək olması hər iki xalq arasında dostluq münasibətlərinin bariz nümunəsidir. O, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin xalqlarımız arasındakı elmi və mədəni əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

    Tədbirin sonunda Azərbaycan dili dərslərində yüksək nəticələr göstərən on səkkiz tələbəyə sertifikat və hədiyyələr təqdim olunub.

    Qeyd edək ki, hazırda cəmiyyət nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR