AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SEPAH: İranın yeni raketləri uçuş zamanı trayektoriyasını dəyişə bilir

  • + A
  • - A
  • Bu gün, 20:22

    SEPAH: İranın yeni raketləri uçuş zamanı trayektoriyasını dəyişə bilir


    SEPAH İran raketlərinin yeni imkanlarını açıqladı

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Məhəbi bildirib ki, İran ordusunun hazırda əvvəlkindən daha müasir raketləri var. Onun sözlərinə görə, bəzi raketlər uçuş zamanı trayektoriyasını dəyişərək düşmənin hava hücumundan müdafiə sistemlərindən yayınmaq imkanına malikdir.

    Məhəbinin sözlərinə görə, İran Silahlı Qüvvələrinin arsenalında buraxıldıqdan sonra uçuş istiqamətini dəyişə bilən ballistik raketlər mövcuddur. Bu imkan onların düşmənin hava hücumundan müdafiə sistemlərini keçməsinə kömək edir.

    “Raketlərimizin imkanları artıq əvvəlki kimi deyil. Əvvəllər raketlər bir nöqtədən buraxılır və başqa bir nöqtəyə düşürdü. İndi raketlərimiz idarəolunandır və onların bəziləri hətta uçuş zamanı trayektoriyasını dəyişərək düşmənin hava hücumundan müdafiə sistemləri qarşısında manevr edə bilir”, – deyə Məhəbi bildirib.

    O qeyd edib ki, raket üçün əvvəlcədən konkret hədəf müəyyənləşdirilsə belə, uçuşun ortasında onun istiqamətini dəyişmək və başqa hədəfə yönəltmək mümkündür.

    SEPAH nümayəndəsi əlavə edib ki, müasir müharibələrdə üstünlük daha qabaqcıl texnologiyalara malik tərəfə məxsus olur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR