Ölkə başçısı İlham Əliyevin Naxçıvana səfəri zamanı Naxçıvan Regional DOST Mərkəzinin də açılışı olub.
Mərkəzdə vətəndaşlara 164 növ sosial xidmətin “bir pəncərə” prinsipi ilə göstərilməsi nəzərdə tutulur. Burada 117 işçi və 50 könüllü fəaliyyət göstərəcək, gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu mümkün olacaq.
Pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər xidmətlərin vahid məkanda təqdim edilməsi Naxçıvan sakinlərinin sosial xidmətlərə çıxışını asanlaşdıracaq.
Mərkəzdə əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, reabilitasiya vasitələri ilə təminatı və reabilitasiya xidmətlərinə yönləndirilməsi də həyata keçiriləcək.
Bununla yanaşı, Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması ilə bağlı layihə də təqdim olunub. 2026-2027-ci illərdə muxtar respublikanın bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzindən, 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması planlaşdırılır.
Beləliklə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri çərçivəsində təqdim olunan layihələr muxtar respublikanın iqtisadi, enerji, nəqliyyat və sosial infrastrukturunun kompleks şəkildə yenilənməsinə hesablanıb. Günəş elektrik stansiyalarından sənaye parkına, dəmir yolundan müasir ictimai nəqliyyata, DOST xidmətlərindən inklüziv sosial infrastruktura qədər həyata keçirilən layihələr Naxçıvanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərini formalaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.