AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

  • + A
  • - A
  • Bu gün, 14:11

    Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

    Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

    Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub.

    Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

    Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR