AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

  • + A
  • - A
  • Bu gün, 15:03

    Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

    Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlıqda maraqlıdır və problemin həlli üçün ABŞ texnologiyalarından istifadə etməyə ümid edir.

    Bu barədə Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim "Axios"a müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Azərbaycan adambaşına düşən göstəriciyə görə dünyanın ən çox minalarla çirklənmiş ölkələrindən biridir. İbrahim qeyd edib ki, müasir texnoloji nailiyyətlər minalardan təmizləmə prosesini sürətləndirməyə və səmərəliliyini artırmağa kömək edə bilər.

    "Ümid edirik ki, bu məsələdə də ABŞ ilə əməkdaşlıq edə biləcəyik", - səfir deyib.

    O vurğulayıb ki, minalardan təmizləmənin əsas aspektlərindən biri minaların yerinin dəqiq xəritələrinin olmasıdır. Bununla yanaşı, ərazilərin minalardan təmizlənməsi bahalı, uzunmüddətli və təhlükəli proses olaraq qalır.

    "Əldə edilmiş razılaşmalar tez bir zamanda praktiki icra mərhələsinə keçir", - Xəzər İbrahim Ağ Evin hazırkı administrasiyası ilə səmərəli əməkdaşlıq barədə əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR