AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Abbasov: Naxçıvan iqtisadiyyatında yeni mərhələnin təməli qoyulub

  • + A
  • - A
  • Bu gün, 16:30

    Əli Abbasov: Naxçıvan iqtisadiyyatında yeni mərhələnin təməli qoyulub

    Akademik Əli Abbasov

    Prezident İlham Əliyevin Naxçıvan səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması isə regionun iqtisadi gələcəyi baxımından olduqca vacibdir Naxçıvan Sənaye Parkının yaradılması ideyası yeni deyil.

    Prezident İlham Əliyev 2024-cü ilin dekabrında Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən 310 hektarlıq ərazidə sənaye parkının yaradılması barədə Fərman imzalamışdı. Parkın əsas məqsədi müasir texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli məhsul istehsalı və sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaratmaqdır.

    İndi bu layihənin təməl mərhələsinə keçilməsi Naxçıvan iqtisadiyyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
    Sənaye Parkı gələcəkdə yalnız istehsal müəssisələrinin toplandığı ərazi olmayacaq. Burada yeni investisiyaların cəlb edilməsi, sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və yerli məhsulların həm daxili, həm də xarici bazarlara çıxarılması üçün imkanların formalaşması gözlənilir.

    Bu baxımdan sənayeləşmə Naxçıvanın iqtisadi dayanıqlığının əsas dayaqlarından birinə çevrilə bilər.
    Səfərin davam etdiyi gün Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalaması da mühüm hadisə oldu. Sərəncama əsasən 2026–2027-ci illərdə Naxçıvanda müxtəlif layihələrin maliyyələşdirilməsi üçün 258 milyon manat vəsait ayrılıb.
    Vəsaitin alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, yol və nəqliyyat infrastrukturunun yenilənməsinə, təhsil infrastrukturunun inkişafına və abadlıq-quruculuq işlərinə yönəldilməsi nəzərdə tutulur.
    Bu qərarın mühüm tərəfi ondan ibarətdir ki, Naxçıvanın inkişaf gündəliyində bir neçə strateji istiqamət paralel şəkildə götürülür.
    Bir tərəfdən yollar və nəqliyyat infrastrukturu yenilənir, digər tərəfdən enerji imkanları genişləndirilir. Eyni zamanda, təhsil və sosial infrastrukturun inkişafı nəzərdə tutulur. Beləliklə, iqtisadi inkişafla sosial rifah arasında əlaqə yaradılır.
    Naxçıvanın gələcək inkişafından danışarkən nəqliyyat məsələsini ayrıca qeyd etmək lazımdır.

    Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı və maneəsiz nəqliyyat bağlantısının yaradılması ölkənin ümumi nəqliyyat strategiyasının mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev daha əvvəl də bu bağlantının regionun və bütövlükdə Orta Dəhlizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
    Naxçıvanın coğrafi mövqeyi ona Azərbaycan, Türkiyə, İran və daha geniş mənada Türk dünyası arasında nəqliyyat və logistika əlaqələrində mühüm rol oynamaq imkanı verir.

    Bu səbəbdən yolların, logistika infrastrukturunun, enerji və rabitə sistemlərinin inkişaf etdirilməsi yalnız Naxçıvanın daxili ehtiyacları ilə bağlı məsələ deyil. Bu layihələr Azərbaycanın regional bağlantılarının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR