Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Fələstin lideri Mahmud Abbasla keçirdiyi görüşdən sonra bildirib ki, Ankara Fələstinə bütün beynəlxalq platformalarda dəstəyini davam etdirəcək.
Ərdoğan qeyd edib ki, Türkiyə Fələstin məsələsini bütün mümkün platformalarda qətiyyətlə müdafiə etməyə davam edəcək. Onun sözlərinə görə, Fələstinə dəstək bütün bəşəriyyətin ümumi məsuliyyətidir.
Türkiyə lideri bütün müsəlman ölkələrini Fələstinin müdafiəsi məqsədilə səylərini birləşdirməyə çağırıb.
Ərdoğan vurğulayıb ki, Türkiyə 1967-ci il sərhədləri əsasında müstəqil və coğrafi baxımdan bütöv Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.
O, həmçinin Qəzzanın bərpası prosesinin başlanması və regionda təhlükəsizliyin təmin olunması üçün şəraitin mümkün qədər tez yaradılmasının vacibliyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.