AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” layihəsinin sonuncu tədbiri keçirilib

  • + A
  • - A
  • Bu gün, 11:15

    “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” layihəsinin sonuncu tədbiri keçirilib

    “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” layihəsi “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” layihəsinin sonuncu tədbiri 7 avqust 2026-cı il tarixində Şəki rayonunda keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, “Qadınların ictimai iştirakçılıq proseslərində fəallığının artırılması və ictimai nəzarət mexanizmlərinin tətbiqi” mövzusunda keçirilən dəyirmi masa layihə çərçivəsində regionlarda təşkil olunan maarifləndirici və müzakirə tədbirlərinin yekun mərhələsini təşkil edib.

    Tədbirin əsas məqsədi qadınların ictimai iştirakçılıq və ictimai nəzarət sahəsində məlumatlılığını artırmaq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun yaratdığı imkanları izah etmək, qadınların yerli səviyyədə ictimai təşəbbüslərdə və qərar qəbuletmə proseslərində iştirakını təşviq etmək olub.

    Dəyirmi masa iştirakçıları ilə ictimai iştirakçılığın əsas prinsipləri, ictimai nəzarətin formaları, ictimai şuraların fəaliyyəti, vətəndaş təşəbbüsləri və dövlət-vətəndaş əməkdaşlığının imkanları müzakirə olunub. Xüsusi diqqət qadınların ictimai nəzarət mexanizmlərindən praktik istifadə imkanlarına və yerli problemlərin həllində onların fəal roluna yönəldilib.

    Tədbirin praktiki hissəsində “Real problemlərin xəritəsi” üzrə interaktiv sessiya keçirilib. İştirakçılar Şəki şəhəri və ətraf ərazilərdə mövcud olan, xüsusilə qadınların və yerli icmaların gündəlik həyatına təsir edən problemləri müəyyənləşdirib, onların həlli ilə bağlı müəyyən təkliflər irəli sürüblər.

    Layihənin yekun tədbirində qeyd olunub ki, qadınların fəal iştirakı olmadan effektiv ictimai nəzarət və inklüziv idarəetmənin tam təmin edilməsi mümkün deyil. Qadınların ictimai şuralarda, yerli təşəbbüslərdə, ictimai müzakirələrdə və digər iştirakçılıq mexanizmlərində təmsilçiliyinin artırılması həm şəffaflığın, həm də dövlət-vətəndaş əməkdaşlığının güclənməsinə xidmət edir.

    Layihə çərçivəsində keçirilmiş beş dəyirmi masa nəticəsində iştirakçıların ictimai iştirakçılıq və ictimai nəzarət üzrə məlumatlılığının artırılması, regionlarda qadınların ictimai fəallığının təşviq edilməsi, yerli problemlərin müəyyənləşdirilməsi və onların həlli istiqamətində təkliflərin toplanması təmin olunub.

    “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” layihəsi ictimai nəzarətin inkişafına, qadınların ictimai və idarəetmə proseslərində iştirak imkanlarının genişləndirilməsinə, vətəndaş təşəbbüslərinin dəstəklənməsinə və dövlət-vətəndaş əməkdaşlığının gücləndirilməsinə töhfə verməyi hədəfləyib.

    Fotolar





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR