Bakıya gələn avtobusun təkəri yandı - Sərnişinlər yolda qaldı

Xaçmaz-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusunda yanğın baş verib.
Hadisə ötən gün saat 16:40 radələrində Şabran rayonu ərazisində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan avtobusun arxa hissəsindəki təkərlərdən birində yanğın başlayıb. Sərnişinlər avtobusdan təxliyə edilib və alovun söndürülməsinə ilkin cəhd göstərilib.
Yanğının güclənməsindən sonra alov yaxınlıqda yerləşən avtoyuma məntəqəsindən verilən təzyiqli su ilə tam söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Sərnişinlər növbəti avtobusla Bakı istiqamətində yola salınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.