Almaniyada şirniyyat həvəskarı kafeyə girərək tort və iki qutu dondurma oğurlayıb

Almaniyanın Bad-Zaltsuflen şəhərində naməlum şəxs gecə saatlarında kafeyə daxil olaraq pul əvəzinə bir tort və iki qutu dondurma oğurlayıb. Bu barədə DPA agentliyi məlumat yayıb.
Hadisə şənbə günü yerli vaxtla təxminən saat 02:30-da Şimali Reyn-Vestfaliya əyalətində, şəhərin kurort parkının yaxınlığında baş verib.
Naməlum şəxs kafeyə qanunsuz daxil olub. Lakin görünür, kassa aparatına toxunmayıb. O, əvəzində bir tort və iki qutu dondurma götürərək hadisə yerindən uzaqlaşıb.
Polis hazırda şübhəlinin kimliyini müəyyənləşdirməyə çalışır. Hüquq-mühafizə orqanları həmçinin oğrunun niyə məhz şirniyyatları seçdiyini araşdırır.
Polis nümayəndəsi bildirib: «Hələ də bilmirik, o, bilərəkdən şirniyyatların dalınca düşmüşdü, yoxsa oğurluq zamanı sadəcə aclıq hiss edib».
Araşdırma davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.