“Brain Academy”də 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq edən müəllim üzr istəyib

“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq tətbiq etməkdə ittiham olunan müəllim üzr istəyib.
Bu barədə tədris müəssisəsinin sosial şəbəkə hesabında paylaşım edilib.
Müəllim açıqlamasında baş verən hadisəyə görə uşaqdan, ailəsindən və ictimaiyyətdən üzr istəyib. O, hərəkətinin qəbuledilməz olduğunu etiraf edərək peşmanlığını ifadə edib.
“Uşaqlara sevgi və anlayış göstərmək əvəzinə narahatlıq yaratdım. Etdiyim hərəkətdən çox peşmanam. Sözlərim olanları dəyişməyəcək, amma səmimi qəlbdən üzr istəyirəm”, – deyə müəllim bildirib.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.