AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda hotelin fəaliyyəti dayandırıldı

  • + A
  • - A
  • Bu gün, 10:41

    Bakıda hotelin fəaliyyəti dayandırıldı

    FHN yanğın təhlükəsizliyi qaydalarının pozulduğunu müəyyən edib

    Bakının Binəqədi rayonunda yerləşən mehmanxananın fəaliyyəti yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Biləcəri qəsəbəsində, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən mehmanxanada yoxlama aparıblar.

    Yoxlama nəticəsində obyektdə avtomatik yanğınxəbərverici sistemin nasaz olduğu, elektrik təsərrüfatına profilaktik baxış keçirilmədiyi və ilkin yanğınsöndürmə vasitələri ilə tam təminatın olmadığı müəyyənləşdirilib.

    Eyni zamanda, taxta konstruksiyaların odadavamlı məhlulla işlənmədiyi, təxliyə yollarının müxtəlif materiallarla tutulduğu aşkarlanıb. Obyektdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin layihə sənədlərinin də müvafiq qaydada razılaşdırılmadığı bildirilib.

    Aşkar olunan pozuntularla əlaqədar mehmanxananın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Qərarın surəti obyektin nümayəndəsinə təqdim olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR