Axios: İranın ABŞ-dakı seçkilərə reaksiyası hərbi əməliyyatların yenidən başlamasına səbəb ola bilər

İranın ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə reaksiyası Prezident Donald Trampı hərbi əməliyyatları yenidən başlatmağa sövq edə bilər.
Bu barədə “Axios” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, vasitəçilik prosesində iştirak edən diplomatlar, Trampın müşavirləri və Yaxın Şərq üzrə ekspertlər İranın seçkilərin nəticələrinə sevinclə yanaşmasının ABŞ prezidentinin müharibəni yenidən başlatmaq ehtimalını artıra biləcəyini düşünürlər.
“Axios” yazır ki, İranın Vaşinqtonun siyasi vəziyyətinə münasibəti regionda hərbi gərginliyin yenidən artmasına təsir göstərə bilər.
Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ-da aralıq seçkilərdə respublikaçıların məğlubiyyətinin gözlənildiyi bir vaxtda açıqlama verib.
O bildirib ki, İrana hücum qələbə gətirmir, əksinə, uğursuzluqla nəticələnir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.