AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb

  • + A
  • - A
  • Bu gün, 09:07

    Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb

    ABŞ Prezidenti Donald Trampın administrasiyasında Konqresə aralıq seçkilərindən sonra İrana qarşı atılacaq növbəti addımlarla bağlı fikir ayrılıqları dərinləşib.

    Bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, ABŞ administrasiyasının bəzi nümayəndələri Trampı İrana yeni zərbələr endirməyə, daha sonra isə münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa çağırırlar.

    Digər rəsmilər isə hərbi əməliyyatı vaxtında dayandırmağın və gərginliyin daha da artmasına yol verməməyin vacib olduğunu düşünürlər.

    "WSJ" qeyd edir ki, administrasiya daxilindəki fikir ayrılıqları ABŞ Konqresinə aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra daha da kəskinləşib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR