AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağın məşhur separatçı generallarından biri сəhənnəmə vasil oldu...

  • + A
  • - A
  • 16-03-2021, 22:45


    1980-1990-cı illərdə Xankəndnidə və ümumiyyətlə, Yuxarı Qarabağda yaşayan soydaşlarımızın yaxşı tanıdığı məşhur erməni separatçısı, general Armen İsaqulov gəbərib.

    Bu haqda erməni nəşrləri məlumat yayıb.

    1945-ci ildə Bakıda doğulmuş, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, Azərbaycanın və azərbaycanlıların hesabına yüksək vəzifələr, varlı dolanışıq əldə etmiş Armen İsaqulov uzun illər 1982-1983-cü illərdə keçmiş Dağlıq Qarabağ Vilayətinin prokuroru, 1983-1988-ci illərdə vilayət daxili işlər idarəsinin rəisi vəzifəsində çalışıb. Qondarma Qarabağ hadisələrinin ən fəal üzvlərindən biri olan A.İsaqulov Qarabağda yaşayan sıravi ermənilərdən tutmuş məmurlara qədər bütün erməniləri məcburi şəkildə Azərbaycana qarşı separatçı hərəkata və döyüş əməliyyatlarına cəlb edib.

    1991-1995-ci illərdə qondarma “DQR”in daxili işlər idarəsinin rəisi olub. Ermənistanda da mühüm vəzifələrdə çalışıb. 1995-ci ildə Ermənistan DİN-in Rusiyadakı nümayəndəsi olub. 2001-ci ildə yenidən separatçı rejimin “polis” rəisi təyin olunub. Sonrakı illərdə separatçı rejim başçısı Bako Saakyanın müşaviri də olub.

    Allah lənət eləsin!

    moderator.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR