AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir

  • + A
  • - A
  • Bu gün, 20:30

    Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir

    Türkmənistan Orta Dəhlizin nəqliyyat-logistika infrastrukturunun inkişafına investisiyaların cəlb edilməsi üçün dövlət-özəl tərəfdaşlığı mexanizmlərini nəzərdən keçirir.

    Bunu Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Babaniyaz Yallakov Aşqabadda keçirilən "Beynəlxalq nəqliyyat-tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf - 2026" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

    Yallakov qeyd edib ki, qlobal təchizat zəncirlərindəki dəyişikliklər və Avrasiya nəqliyyat-logistika sisteminin transformasiyası marşrutların şaxələndirilməsinin və yeni nəqliyyat əlaqələrinin yaradılmasının əhəmiyyətini artırır. Bu şəraitdə Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasında multimodal marşrut kimi getdikcə daha böyük strateji əhəmiyyət kəsb edir.

    Dünya Bankı Qrupunun hesabatına istinad edən nazir müavini bildirib ki, 2040-cı ilə qədər Orta Dəhlizin modernləşdirilməsinə yönəldilən investisiyalar daşımaların həcminin üç dəfədən çox artmasına, yüklərin çatdırılma müddətinin iki dəfə azalmasına, ÜDM-in 3,3 % artmasına və 2 milyona qədər əlavə iş yerinin yaradılmasına töhfə verə bilər.

    Bu göstəricilərə nail olmaq üçün 2040-cı ilə qədər infrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasına və nəqliyyat obyektlərinin modernləşdirilməsinə ən azı 20 milyard dollar vəsaitin yönəldilməsi tələb olunacaq.

    Bununla əlaqədar Yallakov uzunmüddətli investisiya planlaşdırmasının, dövlət və özəl sektorlar arasında səmərəli qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR