AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Dövlət Auditi" İnformasiya Sistemi ilə bağlı görülmüş işlər açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 09:56

    "Dövlət Auditi" İnformasiya Sistemi ilə bağlı görülmüş işlər açıqlanıb

    "Dövlət Auditi" İnformasiya Sistemində (DAİS) təhlillərin və nəticələrinin rəqəmsal həll vasitəsilə hazırlanması təmin edilib.

    Bunu qurumun aparat rəhbəri Tamerlan Yusif-zadə bildirib.

    O, bu barədə Palatanın sədri Vüqar Gülməmmədovun iştirakı ilə keçirilmiş kollegiya iclasında danışıb, İnformasiya Sistemi üzrə həyata keçirilən fəaliyyətlər və nəzərdə tutulan təkmilləşdirilmələr barədə məlumat verib.

    Aparat rəhbərinin sözlərinə görə, hazırda müvafiq dövlət qurumlarından məlumat ötürülməsinin təmin edilməsi üçün işlər davam etdirilir.

    Sədr kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə dövlət auditi proseslərinin daha keyfiyyətli və səmərəli təşkili ilə bağlı, o cümlədən DAİS-in funksionallıqlarının artırılması üçün tapşırıqlar verib.

    Kollegiya iclasında, həmçinin "Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları"nda dəyişikliklər edilməsi, "Hesablama Palatasının metodiki sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi Qaydaları"nın təsdiq olunması barədə qərarlar qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR