AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Fiday” təhsil mərkəzinin sahibi su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib

  • + A
  • - A
  • 16-03-2022, 19:09

    "Fiday” təhsil mərkəzinin sahibi  su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib

    Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində fəaliyyət göstərən “Fiday” təhsil mərkəzinin içməli su və kanalizasiya sistemlərinə baxış keçirilərkən məlum olub ki, obyekt kommunikasiya sistemlərinə qanunsuz qoşulub. Başqa sözlə, obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib.
    Dədə Qorqud qəsəbəsi yaxınlığında isə böyük ərazidə əkin sahəsinin qanunsuz çəkilmiş xətlə suvarıldığı aşkar olunub. Bu barədə məlumat daxil olan kimi, “Azərsu” ASC-nin əməkdaşları dərhal əraziyə baxış keçirib. Məlum olub ki, 400 mm diametrli magistral xəttin qamışlıq ərazisindən keçən hissəsindən 32 mm diametrli borularla gizli yolla çəkilmiş su xətləri ilə əkin sahələri suvarılırmış.
    Rayon ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsində də qanunsuz istifadənin qarşısı alınıb. Ötən müddətdə Hövsan, Suraxanı və Zığ qəsəbələrində fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə halları aşkarlanıb. Məlum olub ki, vətəndaşlar yaxınlıqdan keçən şəbəkə xətlərinə müxtəlif diametrli borularla qanunsuz qoşulmaqla sudan sayğacdankənar istifadə edilblər. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
    “Azərsu” ASC vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
    Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 1291 fakt aşkarlanıb. Həmin hallar üzrə 344 min kubmetr həcmində sərfiyyat bərpa olunub. İlin əvvəlindən Suraxanı rayonunda aşkarlanmış 26 qeyri-qanuni istifadə faktının aşkarlanması nəticəsində 6 min kubmetr sərfiyyat bərpa olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR