AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU ilk dəfə olaraq "QS Sustainability 2024" reytinqində yer alıb

  • + A
  • - A
  • 5-12-2023, 15:12

    BDU ilk dəfə olaraq "QS Sustainability 2024" reytinqində yer alıb

    Dünya üzrə nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” agentliyi tərəfindən tərtib olunan "QS Sustainability 2024" reytinqi üzrə qlobal nəticələr elan olunub. Bakı Dövlət Universiteti ilk dəfə olaraq "QS Sustainability 2024" reytinqində yer alıb.

    Dünya üzrə 1403, Azərbaycandan sadəcə 2 ali təhsil müəssisəsinin yer ala bildiyi reytinqdə Bakı Dövlət Universiteti ekoloji davamlılıq (enviornmental sustainability) indikatoru üzrə 241-ci yerdə qərarlaşıb. Adıçəkilən reytinq universitetlərin təhsil və tədqiqat vasitəsi ilə sosial və ətraf mühitə təsirini müəyyən olunmuş meyar və indikatorlar üzrə qiymətləndirir.

    Məlumat üçün bildirək ki, “QS Europe 2023” reytinqi üzrə də BDU fakültə-tələbə (faculty-student ration) nisbətinə görə Avropa üzrə 90-cı, Azərbaycan üzrə isə 1-ci yerdə qərarlaşıb. Beynəlxalq tədqiqat şəbəkəsi (International Research Network) indikatoru üzrə BDU Azərbaycan ali təhsil müəssisələri arasında 1-ci olaraq müəyyənləşib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR