AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB-dən qızılcaya yoluxmuş şəhid övladı ilə bağlı AÇIQLAMA

  • + A
  • - A
  • 9-12-2023, 15:29

    TƏBİB-dən qızılcaya yoluxmuş şəhid övladı ilə bağlı AÇIQLAMA

    AÇIQLAMA

    Məlumat üçün bildiririk ki, 21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb. Xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb.

    05.12.2023-cü il tarixində bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub.

    Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir.

    Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür.

    Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR